AZ EN RU

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti Kazan şəhərində keçirilən “Rusiya – İslam aləmi” forumu çərçivəsində Rusiyanın Hesablama Palatası tərəfindən təşkil olunmuş beynəlxalq tədbirdə iştirak edib.
Palatadan bildirilib ki, forum çərçivəsində Rusiya tərəfindən “Dövlət auditi – hökumətin etibarlılığı və şəffaflığı aləti kimi” adlı sessiya təşkil olunub.
Sessiya zamanı Nəsir Sadıqov “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətində maraqlı tərəflərlə münasibətlər, hesabatlılıq və şəffaflıq” adlı məruzə ilə çıxış edib. O, Hesablama Palatasının təcrübəsindən, xüsusən xarici ölkələrin ali audit orqanları ilə qarşılıqlı fəaliyyəti haqqında ətraflı məlumat verib. Sədr müavini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 cari ilin noyabr ayında Azərbaycanda keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti ilə Rusiya Hesablama Palatasının auditorları S.Orlova və D.Zaytsev ilə, eləcə də Tatarıstan Hesablama Palatasının nümayəndə heyəti ilə görüşlər keçirilib.
Görüşlər zamanı qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı üçün mövcud imkanlar barədə, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin gücləndirilməsi, eləcə də məsafədən auditlərin aparılması kimi aktual olan istiqamətlər barədə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 17.05.2024 21:23