AZ EN RU

Hesablama Palatası Naxçıvanın Fövqəladə Hallar və Səhiyyə Nazirliklərində yoxlamalar aparacaq

Hesablama Palatası bu ilin III rübündə Naxçıvan MR-nın Fövqəladə Hallar və Səhiyyə Nazirliklərində yoxlamalar aparmağı planlaşdırır.

Bunu “Report”a açıqlamasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

O, həmçinin deyib ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində və Dövlət Energetika Xidmətində aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri yekunlaşmaq üzrədir.

Nəşr edilib : 22.06.2023 15:15