AZ EN RU

Hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlər davam etdirilir

    Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı  tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov, Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov və Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Ləman İbrahimova çıxış etmiş, tədbirin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışmışlar. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyə mexanizminin yaradılmasından ibarətdir.
   İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə və tibbi statistika şöbəsinin müdiri Aysel Mikayılova və həmin şöbənin ekspertiza sektorunun baş məsləhətçi-iqtisadi eksperti Qadir Rəfiyev poliklinika tərəfindən 2023-cü ilin birinci yarım ili ərzində göndərilən hesabatlarda Agentlik tərəfindən sığorta ödənişindən imtina və ya sığorta ödənişinin qismən verilməsinin səbəblərini, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini tibb işçilərinin nəzərinə çatdırmışdır. 
    Tədbir diskussiya ətrafında davam etdirilmişdir. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.08.2023 20:01