AZ EN RU

Hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbir keçirilmişdir

    Naxçıvan Muxtar Respublika Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov və “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxs direktoru Fehruz Zehirov çıxış etmiş və tədbirin keçirilməsinin əhəmiyyətindən və məqsədlərindən danışılmışdır. 
    Tədbir iştirakçılarına məlumat verilmişdir ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi” qurulmuş və sığortaolunanlara göstərilən  tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərində aparılmaqdadır. Bu sistemin təkmilləşdirilərək tam mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, sistemdə olan boşluqlar, yaranmış bir sıra nöqsanlar, yeni modulların yaradılması və bir sıra dəyişikliklərin edilməsi müzakirə olunmuşdur. 
    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları hesabatlarda olan səhvlikləri ekranda göstərərək tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini onların nəzərinə çatdırmışdır. Xüsusilə qeyd olunmuşdur ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir. 
    Tədbir diskussiya ətrafında davam etdirilmiş, həkimlərin sualları cavablandırılmışdır. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.08.2023 22:41