AZ EN RU

Hərbi qulluqçumuz “Afrika Aslanı-2024” təlimində iştirak edib

Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair  müxtəlif tapşırıqlar icra edilib.

Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.

Nəşr edilib : 03.06.2024 15:53