AZ EN RU

Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.

"Şərq qapısı" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Nəşr edilib : 06.02.2024 11:05