AZ EN RU

Hərbi qulluqçular seçki hüququ ilə bağlı maarifləndirilib

Yanvarın 30-da Müvəkkil və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Müvəkkil aparatının əməkdaşları Asiman Abbasov, Həsən Həsənov, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Vüsal Abdullayev və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Müvəkkil aparatının əməkdaşı Asiman Abbasov və Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Vüsal Abdullayev giriş sözü ilə çıxış edərək birgə həyata keçirilən tədbirlərin hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsindəki rolundan danışıblar.

Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənovun “Hərbi qulluqçuların seçki hüququ” mövzusunda çıxışı dinlənilib, seçki qanunvericiliyinə əsasən onların hüquqlarının təmin olunması qaydaları barədə tədbir iştirakçılarına məlumat verilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Müvəkkil aparatının əməkdaşları tərəfindən hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. 

 

Naxçıvan Muxtar Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 31.01.2024 11:49