AZ EN RU

Hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, - məlumatda qeyd edilib.

Nəşr edilib : 13.09.2023 21:07