AZ EN RU

Hərbi liseylərə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirir. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə  keçirilən imtahanda, ümumilikdə, 142 abituriyentin buraxılması nəzərdə tutulub. İmtahanın idarə olunmasına 2 rəhbər, 14 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edəcək.

Bülbül QULİYEVA

Nəşr edilib : 21.07.2024 09:00