AZ EN RU

Hərbi liseylərə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirib. Hərbi liseylərə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində təşkil olunub. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə  keçirilən imtahanda, ümumilikdə, 142 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 2 rəhbər, 14 nəzarətçi ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib.

Bülbül QULİYEVA

Nəşr edilib : 21.07.2024 12:07