AZ EN RU

Hərbi Liseyə qəbul imtahanı olub

    İyulun 31-də Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərində təşkil edilib. Saat 1000-da başlanılan imtahan 2 saat davam edib.İmtahanda abituriyentlərə dörd fənn üzrə – Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənlərindən, ümumilikdə, 80 test tapşırığı təqdim olunub. Qeyd edək ki, imtahanların idarə olunmasına 4 ümumi imtahan rəhbəri, 37 nəzarətçi-müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb. Nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.08.2022 17:57