AZ EN RU

Hərbi beşnövçülük birinciliyi keçirilib

    Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və idmana marağın  artırılması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında müxtəlif idman yarışları keçirilir. Hərbi qulluqçularımız bu dəfə hərbi beşnövçülük birinciliyində güclərini sınayıblar. 
    Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin şərtlərini və təhlükəsizlik qaydalarını iştirakçılara çatdırdıqdan sonra yarışa start verilib.
    13 komandadan 75 idmançı maneələr zolağının dəf edilməsi, avtomatdan 200 metr məsafəyə atəşaçma, uzaqlığa və dəqiqliyə qumbaraatma və 8 kilometr məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar. 
    Ümumi nəticələrə əsasən tapşırıqlara ən qısa zamanda əməl edən xüsusi təyinatlılardan ibarət komandalar müvafiq olaraq 1-ci və 3-cü yerlərə, motoatıcılar isə 2-ci yerə layiq görülüb.
    Fərdi hesabda qalib gələn idmançı həbi qulluqçulara fəxri fərman, ilk üç pillədə qərarlaşan komandalara isə kubok və diplomlar təqdim edilib. 

Kənan CƏLİLOV

Nəşr edilib : 30.05.2023 19:29