AZ EN RU

Həndbol üzrə yoldaşlıq görüşü keçirilib

Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə həndbol üzrə yoldaşlıq görüşü keçirilib.  Yoldaşlıq görüşündə Naxçıvan Qarnizonu tam orta məktəbinin və 1 nömrəli tam orta məktəbin qız komandaları iştirak edib. Görüşdə 20:12 hesabı ilə Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası qalib gəlib. Sonda hər iki komandaya və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları, Naxçıvan Qarnizonu tam orta məktəbinin isə kuboku təqdim edilib.

Yoldaşlıq görüşü Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Qarnizonu tam orta məktəbinin təşkilatçılığı ilə reallaşıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.12.2023 15:53