AZ EN RU

Həndbol üzrə yoldaşlıq görüşü

    Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə həndbol üzrə yoldaşlıq görüşü keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə Qızlar Liseyi və Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin qız komandaları iştirak edib. Açılış mərasimində çıxış edənlər muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışaraq bildiriblər ki, bugünkü görüşün keçirilməsində məqsəd qızları idmana cəlb etməkdən ibarətdir. 
    Görüş 11:5 hesabı ilə Qızlar Liseyinin komandasının qələbəsi ilə başa çatıb. 
    Sonda hər iki komandaya və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 13.05.2022 19:19