AZ EN RU

Həmyerlimiz (Babək rayonu) magistratura imtahanında ölkə birincisi oldu

Günə sevindirici xəbərlə başladıq. Babək rayon Qaraqala kəndindən olan Gültən Məhərrəmlinin yaxın günlərdə keçirilən ali təhsil müəssisələrinin magistraturalarının  qəbul  imtahanında  95 bal üzərindən  93 bal toplayaraq ölkə birincisi olub. 

Telefon əlaqəsi saxladığımız Gültən Məhərrəmli bildirdi ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları  ixtisası üzrə IV kursunda  təhsil alır. Əlavə etdi ki, bu ali təhsil ocağında mükəmməl biliklərə yiyələnib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşması üzrə təhsilini davam etdirmək  arzusundadır. 

Həmyerlimizi təbrik edir, uğurlar arzulayırıq.

Nəşr edilib : 14.02.2024 11:41