AZ EN RU

HƏMAS-ın İsrailə hücumu nəticəsində 1008 nəfər ölüb, 3418 nəfər yaralanıb

HƏMAS-ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1008 nəfərə çatıb.

Bu barədə İsrailin ABŞ-dəkı səfirliyi məlumat yayıb.

Hücum nəticəsində yaralananların sayının isə 3418 nəfərə çatdığı qeyd olunub.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Nəşr edilib : 10.10.2023 19:18