AZ EN RU

Həkimlər üçün onlayn təlimlər təşkil edilib

    Muxtar respublikada tibb işçilərinin ixtisasları üzrə təkmilləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 23-27 may tarixlərdə “Sinir sistemi xəstəlikləri zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda vebinar təşkil edilib. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkil etdiyi vebinarda Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi və Uşaq Xəstəxanası publik hüquqi şəxslərinin 16-sı həkim anestezioloq-reanimotoloq, 8-i isə təcili təxirəsalınmaz tibbi yardım və qəbul üzrə həkim olmaqla, ümumilikdə, 24 tibb işçisi iştirak edir. 
    Vebinarın keçirilməsində əsas məqsəd həkimlərin sinir sistemi xəstəlikləri zamanı ilkin yardımla bağlı biliklərinin təkmilləşdirilməsi və bu sahədə yeni biliklərin əldə edilməsi üçün müzakirələrin aparılması olub.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 26.05.2022 21:14