AZ EN RU

Həkim-mütəxəssislər göndərişlərlə təmin ediliblər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının işində iştirak edib. Komissiya tərəfindən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.

Həkim-mütəxəssislər Naxçıvan Muxtar Respublikasının dövlət tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan da seçim edərək göndərişlərlə təmin ediliblər.

Təyinatlar 37 ixtisas, o cümlədən ümumi cərrahiyyə, travmatologiya–ortopediya, mamalıq-ginekologiya və sair üzrə aparılıb. Rezidentura təhsilini bitirənlərin təyinatı və iş yerlərinə göndərişində, ümumilikdə, 226 həkim-mütəxəssis iştirak edib.

Nəşr edilib : 02.02.2024 17:47