AZ EN RU

HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib

Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Müttəfiqlərin Avropadakı Baş Qərargahının ekspert qrupunun iştirakı ilə "Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu"nun koordinasiya görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə kursla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, kursun əsas məqsədi döyüş hazırlığında NATO standartlarını və Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) metodikasını dinləyicilərə tədris etməkdir.

Xatırladaq ki, kursda 30-a yaxın NATO-nun tərəfdaş ölkələrinin iştirakı nəzərdə tutulub.

Nəşr edilib : 01.05.2024 16:26