AZ EN RU

Hatayda zəlzələdən 102 saat sonra bir ailə dağıntılar altından sağ çıxarıldı

Türkiyədə təbii fəlakətin 5-ci günündə ürək ağrıdan xəbərlərlə yanaşı, sevindirici xəbərlər də gəlir. Dağıntılar altından hələ də sağ qalan insanlar çıxarılır.

Anadolu agentliyinə istinadla xəbər veririk ki, Hatay vilayətinin İskenderun rayonunda zəlzələdən 102 saat sonra beşmərtəbəli binanın dağıntıları altından 6 nəfərlik ailəni - Yasəmən və Qədir Oqtayı dörd uşağı ilə birlikdə sağ çıxara biliblər. Hazırda həmin binadakı daha bir ailənin xilas edilməsi gözlənilir.

Zəlzələdən sonrakı 104-cü saatda Adıyamanda 60 yaşlı kişinin, Kahramanmaraşda bir nəfərin dağıntılar altından sağ çıxarıldığı bildirilir. Həmçinin 101-ci saatda Diyarbakırda ana və oğlu, Hatayda 30 yaşındakı bir kişi sağ çıxarılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Nəşr edilib : 10.02.2023 14:01