AZ EN RU

H.A.Səfərovun Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini Hüseyn Akif  oğlu Səfərova həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 11 oktyabr  2023-cü il

Nəşr edilib : 11.10.2023 15:52