AZ EN RU

Hamımız Vətənimiz üçün canımızı fəda etməyə hazırıq

    Böyük rus şairi Aleksandr Puşkin ermənilərlə bağlı hisslərini belə ifadə edirdi: “Erməni, sən vəhşi, qatil, yaramaz, qorxaq və satqınsan, sən dünyanın ən murdar millətisən”… Hələ iki il bundan əvvəl başına dəyən dəmir yumruqdan dərs almayan erməni necə yaramaz, həyasız bir millət olduğunu dəfələrlə sübut edib. 30 ilə yaxın bir dövrdə torpaqlarımızı yağmalayan, mədəni, tarixi abidələrimizi məhv edən, şəhərlərimizi yerləyeksan edən, sərvətimizi talayan millətdən bundan artığını da gözləmək olar. 44 günlük Vətən müharibəsində kimin kim olduğunu göstərdik, “yenilməz Ermənistan ordusu” mifini, yalanını darmadağın etdik. Siçan kimi qaçıb gizlənən, o dövlətin, bu dövlətin himayəsinə sığınan sən deyildin, Ermənistan rəhbərliyi?. İndi nə oldu? Yenə girdiyin yuvadan çıxıb baş qaldırmısan. Yenə dəmir yumruq altında əziləcəksən, bu dəfə tamamilə məhv olacaqsan... Ermənistan rəhbərliyinə dəfələrlə deyildi ki, müharibə bitdi, siz məğlub oldunuz, təslim aktını imzalayın. Bir-birimizin ərazi bütövlüyünü tanıyaq və terrordan imtina et. Sərhədləri və kommunikasiyaları açın. Qoşunlarınızı Qarabağdan çıxarın. Hərbi təxribatlarınızı dayandırın. Lakin illərdir, bir başqasının torpağında özünə yuva qurmuş bu oğru, tülkü millət buna razı olarmı? Hər dəfəsində sülh təklifini qulaqardına vurmaqdan, mümkün qədər danışıqları yubatmaqdan, hər ikitərəfli görüşdən sonra yenə ərazilərimizdə təxribat törətməyindən bəlli idi düşmənin məkrli niyyəti, kininin, qəzəbinin heç də soyumadığı, tarixi Zəfərimizin hələ də onları yandırdığı. 
    Amma nə edirlər, etsinlər. Qalib, yenilməz Azərbaycan Əsgərinin yazdığı şanlı Zəfər dastanı tariximizdə əbədi qalacaq. Qalib xalq, qalib ordu kimi tarixə yazılmışıq, onlarsa məğlub, qorxaq, yaltaq, ikiüzlü millət kimi. Bir daha bizim Qarabağımıza toxuna bilməyəcəklər, onu ləkələyə, təhqir edə bilməyəcəklər. Çünki artıq o öz doğma anasının qollarında güvəndədir. 
    Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev demişdir: “Biz müharibə istəmirdik və bu gün də istəmirik. Hesab edirəm ki, müharibə riskini sıfra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr – quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır”. Lakin son vaxtlar Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də sərhəd bölgələrində atəşkəsi pozur, müxtəlif təxribatlar törədirdilər. 
    Prezident cənab İlham Əliyev bu il iyunun 26-da – Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində vurğulamışdır: “Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. 
    Düşmən heç bir danışığa, sülh təklifinə məhəl qoymadı. Sentyabrın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atıcı silahlardan atəşə tutub. Sentyabrın 12-də gecə saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ordumuzun bölmələri tərəfindən əks-hücum tədbirləri görülərək bu təxribatın qarşısı alınıb. Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycanın Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında deyilir.
    Düşmən unutmasın ki, bu gün Azərbaycanımızın güclü, qüdrətli, ən müasir silahlarla, hərbi texnika ilə təchiz edilmiş qüdrətli ordusu vardır. O ordu ki 44 günlük şanlı Vətən müharibəsində öz gücünü göstərdi, yenilməz olduğunu bütün dünyaya sübut etdi. Vətənə sonsuz sevgi, torpağa bağlılıq, güclü iradə, xalq-iqtidar birliyi olan yerdə heç kim bizim qarşımızda tab gətirə bilməz. Bizim üçün canımızdan da əziz, qiymətli olan Vətənimizdir. Hamımız Vətənimiz üçün müsəlləh əsgər kimi canımızı fəda etməyə hazırıq. Şuşamızda, Cəbrayılımızda, Qubadlımızda, Kəlbəcərimizdə bunu bütün dünya gördü. 
    Ölkə başçısının vurğuladığı kimi: “Qarabağ hər zaman Azərbaycan torpağı olub – işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 13.09.2022 18:40