AZ EN RU

Hamiliklə bağlı növbəti açıq dərs keçirilmişdir

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan III kurs tələblərinə “Uşaq kitabxanalarında kataloqların növləri və təşkili qaydaları”  mövzusunda açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın direktor müavini Kəmalə Ağayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamından və bu sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə keçirilən açıq dərslərin tələbələrin öz peşələrinə daha dərindən yiyələnmələrindəki əhəmiyyətindən danışmışdır.

Kitabxananın Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Nüşabə Seyidova tələbələrə “Uşaq kitabxanalarında kataloqların növləri və təşkili qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.

O, kitabxanalardakı kataloq növlərini şərh edərək kataloqların əyani şəkildə işlənməsini tələbələrə izah etmiş və kataloqlaşma işinin kitabxananın fəaliyyətindəki rolunu qeyd edərək bunun həm kitabxanaçı həm də oxucluların işini asanlaşdırdığını izah etmişdir.

Sonda tələbələr kitabxananın fond və abonementləri ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.05.2022 17:46