AZ EN RU

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Çen Cou ilə görüşüb.
"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq iki hakim partiya arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə, bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir.

Nəşr edilib : 18.03.2024 18:23