AZ EN RU

Hakan Fidan: "TDT-nin daha funksional quruma çevrilməsi üçün çalışırıq"

Türk Dövlətləri Təşkilatının (TDT) daha funksional və təsirli olmasını istəyirik.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bişkekdə qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, nazirlərin görüşü zamanı bu məsələ xüsusi müzakirə olunub: “Bildiyiniz kimi, TDT-yə Qırğızıstan sədrlik edəcək. Bu işdə Qırğızıstana uğurlar arzu edirik”.

H.Fidan, həmçinin qeyd edib ki, həmkarı ilə digər regional məsələlər barədə də danışıb.

Nəşr edilib : 09.01.2024 15:00