AZ EN RU

Hacı Əliyev Avropa çempionatına getməyəcək

“Gücümü Olimpiadaya saxlayıram”

Azərbaycan 4 qat Avropa, 3 qat dünya çempionu güləşçisi Hacı Əliyev fevralda Rumıniyanın paytaxtı Buxarestə keçiriləcək Avropa çempionatına yollanmayacaq. Bu barədə “Qafqazinfo”ya idmançının özü məlumat verib. 

O bildirib ki, buna səbəb çəki salmaq istəməmisidir: “Avropa çempionatında 65 kq-da güləşməyəcəyim üçün çəki salmalıyam. Buna görə də qatılmayacam. Hər yarışda çəki salmaq olmaz. Gücümü Olimpiadaya saxlamaq istəyirəm. Əsas hədəfim Parisdə medal qazanmaqdır”. 

Qeyd edək ki, Paris Olimpiya Oyunları 26 iyul – 11 avqust tarixlərində keçiriləcək. 

Nəşr edilib : 09.01.2024 17:57