AZ EN RU

Hacettepe universitetinin rektoru Mehmet Cahit Güranın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir

Yanvarın 19-da Türkiyənin Hacettepe Universitetinin rektoru, professor-doktor Mehmet Cahit Güranın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Heyətin tərkibi Hacettepe Universitetinin rektoru prof. dr. Mehmet Cahit Güran, rektor köməkçisi prof. dr. Serhat Ünal, sağlıq xidmətləri heyəti başqanı prof. dr. Necla Özer,  Erişkin Xəstəxanası baş həkimi dos. dr. Bülent Erbil, Onkoloji Xəstəxanası baş həkimi dos. dr. Zafer Arik, Uşaq Xəstəxanası baş həkim köməkçisi dos. dr. Hasan Tolga Çelik, Tibb bacısı müdürü Hümeyra Zengindən ibarətdir. 

Heyət əvvəlcə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci  müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və həkim heyəti ilə görüş keçirib. Görüşdən sonra Naxçıvan şəhərindəki xəstəxanalarla tanışlıq olub.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 19.01.2024 14:34