AZ EN RU

Hacettepe Universitetinə təlim üçün göndərilən həkim və tibb bacıları ilə görüş keçirilib

Görüsdə Samiq Sadıxov qeyd edib ki, həkim və tibb bacılarının peşəkarlığının artırılması üçün cari ildən etibarən Türkiyə Universitetlərinin xəstəxanaları ilə başlanan və mərhələli şəkildə Naxçıvan səhiyyə sistemindəki bütün həkimləri və tibb bacılarını əhatə edəcək mübadilə proqramlarının növbəti mərhələsi baş tutur. Bildiyiniz kimi, Qazi universitetində 6 həftəlik təlim keçən tibb bacılarının təlimi yanvar ayının 15-dən başlayıb.  Artıq Hacettepe Universiteti ilə də ixtisaslı  həkimlər və tibb bacıları üçün təlim proqramlarına başlayırıq.
Mübadilə proqramlarımız ikitərəflidir. Yaxın günlərdə Türkiyənin universitetlərindən gələn professorlar və tibb bacıları Naxçıvanda müxtəlif xəstəxanalarda işə başlayacaqlar. Sizlər isə qayıtdıqdan sonra öz bilik və bacarıqlarınızı işinizdə tətbiq etməklə yanaşı, təcrübələrinizi həmkarlarınızla da bölüşməli, komanda olaraq işləyib yüksək nəticələr ortaya qoymalısınız.
Görüşün sonunda tibb bacılarına “Orta tibb işçilərinin vəzifə və intizam təlimatları”na dair slayd nümayiş etdirildi.

Nəşr edilib : 10.02.2024 11:10