AZ EN RU

"Güvən mənə" konsertinin solistləri təəssüratlarını "Şərq qapısı" qəzeti ilə bölüşüb

Martın 10-da baş tutan "Güvən mənə" adlı konsert proqramının ifaçılarıdan  Mətin Hüseynzadə  təəssüratlarını "Şərq qapısı" qəzeti ilə bölüşüb:  – İlk dəfədir ki, Naxçıvanda konsert proqramı ilə sevənlərimizlə bir araya gəldik. Naxçıvan mənim üçün daha doğmadır, çünki mənim anam da buralıdır. Konsertin təşkilatçılığına gəldikdə isə çox yüksək səviyyədə həyata keçirildi. Ən əsası da belə möhtəşəm bir konsertdə gənclərimiz sevilən ifalarımızla əylənərək bizi böyük sevinclə qarşıladı. Doğma Naxçıvan sakinlərinin yüksək əhvali-ruhiyyəsi bu gün  konsertimizi daha da yaddaqalan etdi. 
Bir digər müsahibimiz ifaçılardan  Elvin Həsənov bildirdi:–Nəhayət, neçə müddətdir, səbirsizliklə gözlədiyimiz konsertimizi uğurla yekunlaşdırdıq.  Səsləndirdiyimiz mahnıların  hər biri üçün eşitdiyimiz  gözəl sözlər bizi çox sevindirdi. Səhnədə olarkən Naxçıvan sakinlərinin enerjisi bizi daha da həvəsləndirdi.   Naxçıvanda baş tutan bu konsertimiz bizim üçün daha  gözəl  və başqa oldu. Çox xoş  təəssüratlarla ayrılacağıq buradan.  Ümid edirik ki, Naxçıvanda sevənlərimizlə yenidən görüşəcəyik.


Bülbül Quliyeva

Nəşr edilib : 10.03.2024 22:21