AZ EN RU

Gürcüstanın təhsil, elm və gənclər naziri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Giorgi Amilakhvari daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüb.

Nəşr edilib : 25.01.2024 17:49