AZ EN RU

Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.

Səfər çərçivəsində o, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək.

Gürcüstanın müdafiə naziri Fəxri xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.

Gürcüstan nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə də əklil qoyub.

Nəşr edilib : 10.06.2024 15:26