AZ EN RU

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, ölən var

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində helikopterin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

14:40

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

Helikopter Bolnisi rayonunun (Kvemo Kartli bölgəsi) Disveli kəndində qəzaya uğrayıb. Qəza nəticəsində bir pilot həlak olub.

Digər təfərrüatlar hələlik məlum deyil.

Nəşr edilib : 02.07.2024 15:02