AZ EN RU

Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze illik hesabatında deyib.
Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.
“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit, logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - İ.Kobaxidze bildirib.

Nəşr edilib : 09.06.2024 19:56