AZ EN RU

Gürcüstan Türkiyədən zirehli transpartyorlar alıb

Gürcüstan Türkiyədən NATO standartlarına uyğun VURAN zirehli transpartyorları alıb.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Vaziani hərbi bazasında zirehli texnikaların təhvil mərasimi keçirilib.

Qeyd olunub ki, Gürcüstan Müdafiə Qüvvələrinin sözügedən zirehli texnika ilə təchiz edilməsi ölkənin müdafiə qabiliyyətinin güclənməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.

Nəşr edilib : 12.06.2024 16:24