AZ EN RU

Gürcüstan mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində tarixçi-alim, professor Quram Marxulianın “Xocalı soyqırımı – XX əsrın faciəsi” adlı məqaləsi dərc olunub. Məqalə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilib.
"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, məqalə Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımının mahiyyəti haqqında fikirləri ilə başlanıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri diqqətə çatdırılıb.

Nəşr edilib : 26.02.2024 16:55