AZ EN RU

Gürcüstan Avropa çempionatında

Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
"Şərq qapısı" xəbər verir ki, komanda bu uğura Yunanıstanla oyunda müvəffəq olub.
Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda keçirilən oyunun əsas vaxtı 0:0 bitib.
Əlavə olunan vaxtda da qapılar toxunulmaz qalıb.
Qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.
Burda rəqibindən daha üstün (4:2) olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.
Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) yığmaları olacaq.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Seçmə mərhələnin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi Almaniyadır.

Nəşr edilib : 27.03.2024 01:03