AZ EN RU

Güləş üzrə yoldaşlıq görüşü keçirilib

    Şahbuz rayon 1 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə “Naxçıvan” və “Şahbuz” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib.
    Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Naxçıvan Şəhər və Şahbuz Rayon Gənclər və İdman idarələri və Uşaq-Gənclər İdman məktəblərinin birgə təşkil etdiyi yoldaşlıq görüşündə 11 çəki dərəcəsi üzrə 22 idmançı mübarizə aparıb.
    Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yoldaşlıq görüşünün yekun nəticəsinə əsasən “Naxçıvan” komandası 7:4 hesabı ilə qalib gəlib.
    Sonda fərqlənən idmançılar təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 04.08.2022 19:11