AZ EN RU

Güləş məşqçilərinin ümumrespublika seminarı keçiriləcək

Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə məşqçilərin ümumrespublika seminarı keçiriləcək.

AGF-nin mətbuat xidmətinə istinadən məlumatına görə, 6 hissəyə bölünən tədbir oktyabrın 17-25-i aralığında baş tutacaq.

Proqrama əsasən, seminar oktyabrın 17-də Gəncədə, 18-də Göyçayda, 19-da Sabirabadda, 20-də Xırdalanda, 23-də Bakıda, 25-də isə Naxçıvanda təşkil olunacaq.

Seminarda 500-ə yaxın məşqçinin iştirakı gözlənilir. Məqsəd mütəxəssislərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, yarışlar zamanı davranış qaydalarını, xalların qiymətləndirilməsini diqqətə çatdırmaqdır.

Nəşr edilib : 16.10.2023 15:46