AZ EN RU

Güləş birinciliyinin qalibləri məlum olub

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr (2007-2009-cu il təvəllüdlülər) arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası (NGF) tərəfindən birgə təşkil olunan yarışda 89 idmançı 11 çəki dərəcəsi üzrə mübarizə aparıb.

İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, NGF-nın sədri Faiq İsgəndərov və digərləri təqdim ediblər.

Nəticələrə gəlincə, Ramik Məmmədzadə (41 kq), Mürtəza Həsənov (45 kq), Məhəmməd Hümbətov (48 kq), Əlican Nəcəfov (51 kq), Ayxan Bağırov (55 kq), Məhəmməd İsmayılov (60 kq), Namiq Əlizadə (65 kq), Əmrə Ağayev (71 kq), Eldar Abdullayev (80 kq), Tofiq Yusifov (92 kq) və Süleyman Məmmədov (110 kq) öz çəki dərəcələrində qalib olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.04.2024 20:53