AZ EN RU

Güclü küləklə bağlı sarı xəbərdarlıq 

İyulun 2-3-də Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə, sarı xəbərdarlığa uyğun olaraq Culfa və Ordubad rayonlarında küləyin sürəti  12-17 m/san təşkil edəcək. 
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.

Nəşr edilib : 01.07.2024 18:45