AZ EN RU

“Gözəl yurdum” adlı plener təşkil olunub

Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Gözəl yurdum” adlı plener təşkil olunub. Babək rayon Vayxır kəndinin təbiət mənzərələrini özündə ehtiva edən plenerdə 12 rəssam iştirak edib. 

Plenerin təşkilində əsas məqsədlərdən biri də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsidir. 

Qeyd edək ki, plenerdə işlənilən əsərlər 29 may tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda nümayiş olunacaq.

                                                                  Aidə İBRAHİMOVA

Nəşr edilib : 28.05.2024 21:38