AZ EN RU

Görüş keçirilib

    Naxçıvan Muxtar Respublikasına ikigünlük səfər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Pro­qramının rəhbəri Vüqar Salmanov Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri və rayon (şəhər) icra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi və Qəyyumluq və Himayə komissiyalarının sədrləri və üzvləri ilə görüşüb. Tədbiri giriş sözü ilə açan komissiyanın sədri Ramilə Seyidova dövlət uşaq siyasətinin muxtar respublikada da uğurla həyata keçirildiyi haqqında məlumat verib.
    Sonra müvafiq komissiya üzvlərinin çıxışları olub.
    BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov muxtar respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində UNICEF-in təcrübəsini paylaşmağa hazır olduqlarını və bu məqsədlə maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq UNICEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunan layihələr haqqında ətraflı məlumat verib. 
    Tədbirdə uşaqlarla bağlı mövcud problemlər müzakirə olunub, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 06.10.2023 20:48