AZ EN RU

Gömrük rüsumları və malların idxalına görə vergi və digər gəlirlər 12,1 faiz artıb

Ötən il gömrük rüsumları və Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 17,8 faizi həcmində və ya 6337,8 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 609,8 mln. manat və ya 10,6 faiz, 2022-ci illə müqayisədə isə 683,2 mln. manat və ya 12,1 faiz çoxdur.

Bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda qeyd olunur. Məlumatda o da bildirilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11737,6 mln. manat və ya ümumi gəlirlərin 33,0 faizi həcmində vəsait daxil olub. Dövlət əmlakının icarəyə verilməsindən isə dövlət büdcəsinə 31,3 mln. manat və ya ümumi gəlirlərin 0,1 faizi həcmində vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 6,3 mln. manat və 25,2 faiz çoxdur.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.01.2024 15:26