AZ EN RU

Gender bərabərliyi mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi, “18 İyun Azərbaycanda İnsan Hüquqları Günü” ilə əlaqədar “İnsan hüquqları aylığı” çərçivəsində “Müasir qadınlar mental dəyərləri əks etdirən stereotipləri ləğv edənlərdir” mövzusunda tədbir keçirilib. Naxçıvan şəhərinin Qaraçuq kəndində baş tutan tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova muxtar respublikamızda mövcud olan gender bərabərliyindən danışıblar. Bildirilib ki, qadınların cəmiyyət həyatındakı rolu mövcud ictimai-siyasi şəraitdən və onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalarda və cəmiyyətlərdə fərqli formalarda özünü göstərir. Cəmiyyətimizdə qadın adının uca tutulması Azərbaycan xalqının ən yüksək, ali və mənəvi keyfiyyətlərindəndir. Azərbaycanda qadına hörmət xalqımızın öndə gələn ənənələrindən olub.
Çıxışların ardından "Naxçıvan Muxtar Respublikası 100: Azərbaycanın inkişafında qadınların rolu” filminə baxış olub. Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 12.06.2024 16:57