AZ EN RU

“Gəncliyimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilmişdir

    Naxçıvan Müəllimlər İnstitutunda keçirilən konfransı giriş sözü ilə institutun rektoru Azad Novruzov açmış, gənclərin formalaşmasında və gələcək inkişafında belə tədbirlərin əhəmiyyətindən danışmışdır. Bu istiqamətlərin hər birinin müasir gəncliyimizin inkişafının əsas prioritet istiqamətləri olduğunu qeyd etmiş, gəncləri fəal olmağa çağırmış və imkanlardan maksimum yararlanmağı tövsiyə etmişdir. 
    Konfransda Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacıyevin “Azərbaycan gəncliyi dövlət siyasətinin tərkib hissəsi kimi”, Xarici əlaqələr üzrə mütəxəssis Günay Fərəcovanın “Beynəlxalq proqramlar çərçivəsində institutun əlaqələri və tələbələrin bu proqramlardan yararlanmaq imkanları”, Ali riyaziyyat və informatika kafedrasının baş müəllimi Fidan Əzizovanın “Naxçıvan Müəllimlər İnstitutunda STEAM təhsili və startap layihələrinin dəstəklənməsi” və Tələbə-Gənclər Təşkilatının sədri Aygül Məmmədovanın “Naxçıvan Müəllimlər İnstitutunda Tələbə-Gənclər Təşkilatlarının fəaliyyəti və gələcək perspektivləri” mövzularında çıxışları dinlənilmişdir. 
    Sonda institutun Tarix müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Abutalıb Ağa Kəngərli muxtar respublika turunda II yerə layiq görülmüş startap layihəsini təqdim etmiş, tələbə yoldaşlarına təcrübəsi əsasında bu fəaliyyətdə uğurlu olmağın yollarından danışmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat xidməti

Nəşr edilib : 30.11.2022 20:09