AZ EN RU

Gənclərlə növbəti görüş

    Ağbulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi” çərçivəsində keçirilən görüşlərin ardınca sayca üçüncü dəfə analoji tədbir həyata keçirilib. Belə ki, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı adıçəkilən məkanda rayonlardan olan gənclər, eləcə də ali və orta ixtisas təhsili müəssisələri tələbə-gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. 
    Nazir bildirib ki, muxtar respublikada gənc­lərlə iş sahəsinə xüsusi önəm verilir və bu sahədə məqsədyönlü, ardıcıl tədbirlər görülür. Yaradılan şərait, atılan addımlar imkan verir ki, gənclərimiz müxtəlif istiqamətlər üzrə yeni karyera və iş imkanları, o cümlədən təcrübə əldə edə bilsinlər. İstedadlı gənclərə dövlət dəstəyinin göstərilməsi, onların əməyinin qiymətləndirilməsi, gənc kadr kimi irəli çəkilmələri də belə tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, gənclərin fəaliyyətində təşəbbüskarlıq cəhdlərinin artırılması, onların yeni fikir, ideya, təklif və layihələrlə gündəmə gəlməsinə nail olmaq lazımdır. 
    Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2022 20:35