AZ EN RU

Gənclərlə birgə müstəqillik yoluna baxış – dəyirmi masanın mövzusu əlamətdar tarixi günə həsr olunub

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının binasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa təşkil olunub. Tədbir iştirakçılarının Müstəqilliyin Bərpası Günü münasibətilə tədrik edən Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri İlhamə Nəzərova təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən biri kimi gənclərin azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi, milli dəyərlərə bağlı, tarixinə həssas, dövlətinə və Vətəninə bağlı insanlar kimi formalaşmasına xüsusi önəm verildiyini deyib. Gənclərlə birgə Azərbaycanın müstəqilliyin bərpası tarixinə, bu ali dəyərin qazanılması və qorunmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlərin, qəhrəmanların fəaliyyətinə nəzər salmağın vacibliyi önə çəkilib.

İlhamə Nəzərova ilə birgə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev də mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Çıxış edənlər xalqımızın istiqlal mübarizəsi, ümummilli lider Heydər Əliyevin müstəlliyin qazanılmasındakı misilsiz xidmətləri, ali xilaskarlıq missiyası və bu yolda üzləşdiyi böyük çətinlikləri mətanətlə dəf edərək Azərbaycanı möhkəm təməllər üzərində inşa etməsindən danışıb, siyasi kursunun davamçısı olan Prezident İlham Əliyevin fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı, dünyada artan nüfuzu və qüdrəti, ən əsası torpaqlarımızın işğaldan azad olunaraq bütünləşməsi ilə bağlı fikirlər səsləndiriblər. Qeyd olunub ki, ümummilli liderin ölkəmizin gələcəyi ilə bağlı arzularını, mütərəqqi ideyalarını böyük Zəfərlə taclandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu yaxınlarda Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə şanlı bayrağımızı ucaltması xalqımıza böyük sevinc və qürur bəxş etdi. Azərbaycan torpaqlarının bütünlüklə bərpası güclü siyasi iradənin, dövlət-xalq-ordu birliyinin möhtəşəm təcəllasıdır. Müdrik siyasətçi azad Qarabağdan bütün dünyaya müstəqil və sarsılmaz olan Azərbaycanın qüdrətini bir daha nümayiş etdirmiş oldu. 

Müstəqliyyin qazanılması və qorunmasında qəhrəman Azərbaycan övladının rolu xüsusi qiymətləndirilib, şəhidlərimiz ehtiramla xatırlanıb. Gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin güclənməsində önəmli payı olan qəhrəmanlarızın simasında tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçıları Rza Əlirzayev, Həmzə Əliyev və İbrahim Cəlilov döyüş xatirələri haqqında danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Diskussiyya formatında davam edən tədbirdə gənclər də müzakirələrə qoşulub, mahiyyəti üzrə fikirlərini ifadə ediblər. 

Naxçıvan Muxtar Respublikası Gənclər və

 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.10.2023 09:54