AZ EN RU

Gənclərin iştirakı ilə daha bir təlimə start verilib

Muxtar respublikada gənclərin şəxsi inkişafı, karyera imkanları, yeni peşə bacarıqlarının formalaşdırılması istiqamətində addımlar davam etdirilir.  Gənclərə rəqəmsal bilik və bacarıqların aşılanmasına xidmət edən “Rəqəmsal gəncliyə doğru” təlimi də bu qəbildəndir. 

Gənclər Mərkəzində təlimçilər Elsun Cəfərov və Cəfər Sadiqov vasitəsilə  IT sahəsində yeni biliklərə yiyələnmək imkanı qazanan gənclərdən 5-i sertifikatla təmin ediləcək. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Optimal Qrup Akademiyanın birgə təşkil etdiyi təlimlər həftədə iki dəfə olmaqla 23 dekabradək davam edəcək.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.12.2023 09:26