AZ EN RU

Gənclərin intellekt yarışında qalib bəlli olub

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və aid təşkilatlarla birgə Azərbaycan Gəncləri Gününün Naxçıvanda qeyd olunması məqsədilə hazırlanan “Gənclər həftəsi” proqramının icrası davam etdirilir. 
Dünən Gənclər Mərkəzində “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu reallaşıb. Hərəsində 5 nəfərlik heyət olmaqla 10 komandanın mübarizə apardığı intellekt yarışında ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. “Paradoks” komandası bütün rəqiblərini geridə qoyaraq qalibiyyətə nail olub. Qalib komandanın üzvləri diplom və bədii kitablarla mükafatlandırılıb.
Qeyd edək ki, yarışın məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.01.2024 12:28