AZ EN RU

Gənclərin asudə vaxtının səmərəli təşkili diqqətdə saxlanılır

    Fevral ayı gənc nəslin vətənpərvər ruhda formalaşması, asudə vaxtının səmərəli təşkili, karyera və iş imkanları, eləcə də yeni biliklər əldə etməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib, Naxçıvan şəhəri və bölgələrdə Gənc­lər Günü ilə bağlı keçirilən ənənəvi bayram tədbirlərində muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclər mükafatlandırılıb.
    Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun muxtar respublikaya səfəri çərçivəsində fəal gənclər və idman ictimaiyyəti nümayəndələri ilə diskussiya xarakterli görüş keçirilib, nazir bir sıra idman obyektlərində yaradılan şəraitlə tanışlıq olub. Ağbulaq İstirahət Mərkəzində gənclər, tələbələr, könüllülər, eləcə də Yeni Azərbaycan Partiyasının gənc fəalları üçün “Qış məktəbi” layihəsi çərçivəsində 3 günlük düşərgələr təşkil edilib. Bu müddət ərzində gənclərin problemlərini, təkliflərini dinləməklə onlara kömək etmək, müxtəlif məsələlərin həlli və yeni metodların təbliği ilə bağlı müzakirələr aparmaq məqsədilə gənclərlə diskussiya xarakterli görüşlər keçirilib, müsabiqə və təlimlər, seminarlar, intellektual yarışmalar və film nümayişləri təşkil olunub. Bundan başqa, rayon gəncləri ilə diskussiya xarakterli görüş keçirilib, tələbələrin bank və sığorta sahəsində müəyyən bilik və bacarıqlara yiyələnməsi, onlar üçün karyera və iş imkanlarının yaradılması məqsədinə xidmət edən “Həvəskar maliyyəçilər marafonu” layihəsinə start verilib, “Xəmsə” intellektual oyunu üzrə “Qış kuboku”, gənclərin iştirakı ilə futzal, kamandan oxatma yarışları, xizəksürmə təlimi, vətənpərvərlik mövzusunda film nümayişi və istehsalat sahələrinə ekskursiya təşkil olunub. 
    Hesabat dövründə də bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə kütləviliyin artırılması, xarici əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, idmançıların təcrübə artımı və asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilib. Naxçıvan Şahmat Mərkəzində kişilər arasında növbəti Azərbaycan çempionatı reallaşıb. Ardıcıl ikinci dəfə Naxçıvanda keçirilən yarışda 5-i muxtar respublika idmançısı olmaqla, ümumilikdə, 24 reytinqli şahmatçı iştirak edib, çempionatın bütün görüşləri asf.org.az, chess.nax.az, chess24.com saytlarından canlı yayımlanıb, qaliblər mükafatlandırılıb. Türkiyə və Azərbaycan alpinistlərinin iştirakı ilə Haçadağa ardıcıl yürüşlər həyata keçirilib, növbəti yürüşə məşqçi və idmançılarımızdan ibarət qrup da qatılıb. Naxçıvan Futbol Federasiyasının dəvəti ilə əfsanəvi türkiyəli futbolçu Tanju Çolak muxtar respublikaya səfər edib. Veteran idmançının futbolçularla, azarkeşlərlə görüşləri təşkil olunub, federasiyanın və “Araz-Naxçıvan”ın idarə heyəti üzvləri ilə yığıncaqda perspektivlər, inkişaf istiqamətləri və əməkdaşlıq məsələləri müzakirə edilib. 
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Şərur Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman zallarının fəaliyyəti ilə yaxından tanış olub. Boks, güləş, kikboks, tir atıcılığı və ağır atletika zallarına baxış keçirilib, problem və çatışmazlıqların həlli, həmçinin yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib, məşq prosesləri izlənilib. Hesabat dövründə məktəblilər arasında tir atıcılığı, paralimpiyaçılar arasında ağırlıqqaldırma üzrə muxtar respublika birincilikləri, cüdo, boks, karate-do, MMA üzrə Naxçıvan şəhər açıq birincilikləri, voleybol və basketbol üzrə yoldaşlıq görüşləri, Region Liqasında 9-cu turun oyunları keçirilib, Kəngərli rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair maarifləndirici tədbir təşkil olunub. 
    Ötən ay idmançılarımız ölkə və beynəlxalq miqyaslı yarışlarda öz qüvvəsini sınayıb, uğurlu nəticələr əldə ediblər. Naxçıvan Güləş Federasiyasının sərbəst güləşçilərindən ibarət komanda İran İslam Respublikasının Xoy şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turniri 9 qızıl medalla üçüncü sırada tamamlayıb, Poldəşt şəhərində keçirilən yoldaşlıq turnirində isə 11 qızıl və 3 gümüş medalla birinci olub. Naxçıvan Kikboksinq Federasiyasının idmançıları Ağdaş Olimpiya İdman Kompleksində keçirilən uşu üzrə “Dəmir yumruq-4” və kikboksinq üzrə respublika turnirlərində 5-i qızıl, 4-ü gümüş və 1-i bürünc olmaqla, 10 medal qazanıblar. Naxçıvan Karate-do Federasiyasının idmançısı Vüsal Seyidov 21 yaşadək karateçilərdən ibarət Azərbaycan milli komandasının heyətinə cəlb olunub. İstedadlı idmançımız bu nailiyyətə yeniyetmə və gənclər arasında keçirilən 22-ci respublika birinciliyində qazandığı bürünc medal sayəsində nail olub. 
    Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar davam etdirilib, qrafikə uyğun olaraq futbol, voleybol, atletika və basketbol federasiyalarının təmsilçiləri müvafiq olaraq “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi, Dövlət Xalça Muzeyi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 04.03.2022 17:56